-
- 1-06-2022, 19:51
- 412
Estoniya lideri Azərbaycana Ukraynaya göstərdiyi yardıma görə minnətdarlıq etdi
Estoniya prezidenti Alar Karis Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
News24.az xəbər verir ki, mətndə deyilir:
"Hörmətli Prezident.
Ölkənizin milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.
Bu il diplomatik əlaqələrimizin qurulmasının 30-cu ildönümünü qeyd etdiyimiz bir vaxtda ötən illər ərzində Estoniya ilə Azərbaycan arasında münasibətlərin davamlı olaraq inkişaf etdiyini və genişləndiyini vurğulamaqdan məmnunluq duyuram. Bizim sıx münasibətlərimiz qarşılıqlı anlaşma, ölkələrimizin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında qurulub.
Bu əlamətdar gündə Estoniya xalqı adından Azərbaycan Respublikasının dost xalqına uğurlar, xoşbəxtlik, sülh və tərəqqi arzulayıram.
Bu gün Avropanın bir çox ciddi problemlərlə üzləşdiyi zamanda təhlükəsizlik məsələləri ikitərəfli dialoqumuzda daha böyük önəm kəsb edir.
Azərbaycanın Ukraynaya göstərdiyi yardıma görə minnətdarlığımı bildirmək istəyirəm. Müharibəni dayandırmaq və ondan əziyyət çəkən insanları qorumaq ən vacib məsələdir.
Bu fürsətdən istifadə edərək, Azərbaycan ilə Estoniya arasında dostluq münasibətlərinin xalqlarımızın mənafeyi və rifahı naminə daha da inkişaf edəcəyinə əminliyimi bildirmək istəyirəm.
Əziz həmkarım, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz".