Qırğızıstanın səhiyyə naziri saxlanıldı
    • 2-06-2022, 18:20
    • 313

Qırğızıstanın səhiyyə naziri saxlanıldı

Qırğızıstanın səhiyyə naziri saxlanılıb.

News24.az “Sputnik Qırğızıstan”a istinadən xəbər verir ki, nazir Alımkadır Beyşenaliyev korrupsiyada ittiham olunur.

Qırğızıstan Çin, Rusiya, Azərbaycan, Qazaxıstan və beynəlxalq təşkilatlardan koronavirus əleyhinə pulsuz vaksinlər alsa da, nazirin göstərişi ilə 2021-ci ildə xarici şirkətlərdən əsassız olaraq daha 2 milyon 460 min doz vaksin alınıb. Həmin vaksinlər üçün ödənilən məbləğ isə ofşor hesaba köçürülüb.

Nazir Alımkadır Beyşenaliyev və Nazirliyin bir qrup əməkdaşının büdcəyə zərər vurduğu müəyyən olunub.