Türkiyə ordusu İraqda 5 terrorçunu zərərsizləşdirdi
    • 4-05-2022, 23:14
    • 397

Türkiyə ordusu İraqda 5 terrorçunu zərərsizləşdirdi

Türkiyə Müdafiə Nazirliyi PKK-ya qarşı əməliyyatlarla bağlı yeni məlumat yayıb.

"Report" nazirliyə istinadən xəbər verir ki, Türkiyə xüsusi təyinatlıları PKK-nın 5 terrorçusunu zərərsizləşdirib.

Terrorçular İraqın şimalında "Pençe-Kaplan" əməliyyatı çərçivəsində məhv edilib.

Qeyd edək ki, aprelin 18-də gecə saatlarında Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb.

PKK-nın terror yuvalarını zərərsizləşdirilməsinə hədəflənən bu əməliyyatda havadan kəşfiyyat və zərbə PUA-ları, həmçinin ATAK helikopterləri iştirak edir, qurudan isə xüsusi təyinatlılar hərəkət edir. /Report/