Yaponiyada məktəbdə yanğın olub, 40 uşaq xəstəxanaya yerləşdirilib
    • 18-01-2019, 20:00
    • 640

Yaponiyada məktəbdə yanğın olub, 40 uşaq xəstəxanaya yerləşdirilib

Yaponiyanın Osaka prefekturasında ibtidai məktəblərdən birində baş vermiş yanğın nəticəsində azı 40 uşaq dəm qazından zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

Yanğın məktəbin mətbəxində qeydə alınıb. Onun işlək plitənin üzərindəki içi yağla dolu tavanın olması səbəbindən başlandığı ehtimal edilir.
Xəsarət alan uşaqların hamısının huşu yerindədir, onların həyatı təhlükədə deyil.