-
- 7-12-2018, 12:48
- 1 126
Bakıda məktəbliləri aparan avtobus qəzaya düşdü - Xəsarət alanlar var
Bakıda məktəbliləri daşıyan avtobus qəzaya düşüb.
Qobu qəsəbəsindən şəhər istiqamətində gələn yolda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 217 nömrəli tam orta məktəbin şagirdlərinin də olduğu avtobus qəzaya uğrayıb.
Qəza zamanı nəqliyyat vasitəsində 10 şagird və bir neçə valideyn olub. Onlardan iki şagird və iki valideyn daha ciddi xəsarət aldığı üçün xəstəxanaya yerləşdirilib. Bir şagird və bir valideynə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Səhiyyə Nazirliyindən saytımıza bildirilib ki, baş verən qəza zamanı dörd nəfər xəstəxanaya yerləşdirilib:
“Qəza zamanı xəsarət alanlar 1 saylı Şəhər Klinik Xəstaxanasına və Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Onlardan ikisi şagirddir. Hazırda vəziyyətləri yaxşıdır”.
Onu da qeyd edək ki, nəqliyyat vasitəsi valideynlərin təşəbbüsü ilə Qobu qəsəbəsindən 217 nömrəli tam orta məktəbə şagirdlərin aparılıb-gətirilməsi üçün sifariş olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən aldığımız məlumata görə, idarənin əməkdaşları xəstəxanada olub, xəsarət almış şagirdlərin vəziyyəti ilə maraqlanıblar.
Aparılan araşdırmanın nəticələrinə uyğun olaraq, əlavə məlumat veriləcək.
//Oxu.az