Bakı-Sumqayıt yolunda “Prius” yük maşınına çırpıldı: Ölən var
    • 3-06-2022, 14:28
    • 280

Bakı-Sumqayıt yolunda “Prius” yük maşınına çırpıldı: Ölən var

Bakı-Sumqayıt yolunda baş verən qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır xəsarət alıb. 

 News24.az-ın məlumatına görə, qəza zamanı minik avtomobilinin sürücüsü, 33 yaşlı Aqil Məmmədov ölüb. 

“Toyota Prius” markalı maşındakı 21 yaşlı sərnişin isə xəsarət alaraq, xəstəxanaya yerləşdirilib. 

Faktı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən təsdiq ediblər.