AÇG və Şahdəniz üzrə gəlirlər açıqlandı
    • 3-06-2022, 18:46
    • 444

AÇG və Şahdəniz üzrə gəlirlər açıqlandı

Azəri-Çıraq-Günəşli və Şahdəniz yataqlarından yanvar-iyun (01.01.2022-01.06.2022) ayları üzrə əldə olunan gəlirlər açıqlanıb.

News24.az xəbər verir ki, bu haqda Azərbaycan Dövlət Neft Fondu məlumat yayıb.

Belə ki, bu aylar ərzində  AÇG yatağından 3 828 mln. ABŞ dolları, Şahdəniz yatağından (qaz və kondensat) 526,537 mln. ABŞ dolları gəlir əldə olunub.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 144,522 mln. ABŞ dolları təşkil edib.