Bazar gününə olan hava proqnozu AÇIQLANDI
    • 4-06-2022, 12:19
    • 273

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Bakıda və Abşeron yarımadasında iyunun 5-də hava şəraiti əsasən yagmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 31-36° isti, Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında sabah əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 34-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 22-27° isti olacaq.