-
- 5-06-2022, 12:06
- 370
“Məşğulluq marafonu” üzrə 2350-dək şəhid ailəsi üzvü və qazi işlə təmin olundu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən il başladılan “Məşğulluq marafonu”na artıq 644 işəgötürən qoşularaq 4528 vakansiya təqdim edib.
News24.az xəbər verir ki, şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan marafon çərçivəsində artıq 2350-dək şəxs işlə təmin olunub.
Onlardan 1954 nəfəri qazi, qalanları şəhid ailələrinin üzvləridir.
Marafona qoşulmaq istəyən işəgötürənlər bu məqsədlə vakansiyalarını https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər.
Şəhid ailələrinin üzvləri və Vətən müharibəsində yaralanmış qazilər isə marafondan faydalanaraq işlə təmin olunmaq üçün https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olaraq özləri haqqında məlumatları qeyd etməklə müraciətlərini edə bilərlər.
Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!