Sabirabadda minik avtomobili yük maşını ilə toqquşdu
    • 6-06-2022, 10:33
    • 231

Sabirabadda minik avtomobili yük maşını ilə toqquşdu

İyunun 4-də saat 10 radələrində Sabirabad rayonunun Qalaqayın kəndi ərazisində Saatlı rayon sakini Mejdun Axundovun idarə etdiyi “VAZ-2106” və İmişli rayon sakini Ş.Əliyevin idarə etdiyi “MAN” markalı yük avtomobili toqquşub.

News24.az xəbər verir ki, nəticədə M.Axundov xəsarətlə xəsətəxanaya aparılarkən yolda ölüb.

Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.