Lənkəranda minik avtomobilləri toqquşdu: Sürücülərdən biri öldü
    • 6-06-2022, 10:39
    • 267

Lənkəranda minik avtomobilləri toqquşdu: Sürücülərdən biri öldü

İyunun 5-də saat 23 radələrində Lənkəran şəhəri ərazisində Sütəmurdov kənd sakini M.Babayevin idarə etdiyi “Mercedes” və Liman şəhər sakini Cahad Ələkbərovun idarə etdiyi “KİA” markalı avtomobillər toqquşub.

News24.az xəbər verir ki, nəticədə Cahad Ələkbərov xəstəxanada ölüb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.