Bayden ABŞ-da fövqəladə vəziyyət elan etdi
    • 6-06-2022, 22:05
    • 447

Bayden ABŞ-da fövqəladə vəziyyət elan etdi

ABŞ prezidenti Cozef Bayden enerji istehsal gücü çatışmazlığı təhlükəsi ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

News24.az “Report”a istinadən xəbər verir ki, bəyanatda bildirilir ki, ABŞ-ın kifayət qədər elektrik enerjisi istehsal etmək qabiliyyətini təhdid edən bir neçə amil var. Bu amillərə Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində enerji bazarlarında yaranan fasilələr və iqlim dəyişikliyi ilə daha da kəskinləşən ekstremal hava hadisələri daxildir.

Xüsusən ABŞ-ın bəzi bölgələrində həddindən artıq isti ilə birləşən quraqlıq eyni zamanda elektrik enerjisi çatışmazlığına və rekord tələbata səbəb olur. Nəticədə, Federal Enerji Tənzimləmə Komissiyası və Şimali Amerika Elektrik Etibarlılığı Korporasiyası qısamüddətli elektrik təchizatı problemləri ilə bağlı xəbərdarlıq edib.4

Bəyanatda həmçinin qeyd olunub ki, ABŞ günəş elektrik stansiyaları üçün modulların əksəriyyətini Cənub-Şərqi Asiyadan idxal edir, lakin son vaxtlar onları kifayət qədər miqdarda təmin edə bilmir. Buna görə də hökumət yerli günəş enerjisi istehsal imkanlarını genişləndirmək üçün bizneslərlə işləyir.
"Buna görə də, mən gözlənilən istehlakçı tələbatını ödəmək üçün kifayət qədər enerji istehsal potensialının olmaması təhlükəsi səbəbindən fövqəladə vəziyyət elan edirəm", - Bayden qeyd edib.

Sərəncama əsasən, ABŞ-dan günəş modullarının idxalı bir il müddətinə rüsumdan azad ediləcək.