Qazaxıstan, Qırğızıstan və Özbəkistanda elektrik enerjisi kəsildi
    • 25-01-2022, 12:18
    • 538

Qazaxıstan, Qırğızıstan və Özbəkistanda elektrik enerjisi kəsildi

Qazaxıstan, Qırğızıstan və Özbəkistanda elektrik enerjisi kəsilib.

News24.az
RİA-ya istinadən xəbər verir ki, Mərkəzi Asiyanın üç ölkəsində elektrik enerjisinin kütləvi şəkildə kəsilməsinə səbəb Qazaxıstanda tranzit xəttinin həddindən artıq yüklənməsi olub.

Qazaxıstanın paytaxt yollarında işıqforun işləməməsi səbəbindən tıxac yaranıb.

Özbəkistanın ən böyük dağ-xizək kurortu olan Əmirsoyda işıq kəsilməsi səbəbindən sərnişinlər kanatda qalıb. Onların xilas edilməsi ilə bağlı işlər görülür.

Qırğızıstanda isə elektrik enerjisi ilə bağlı problemlər Bişkekin böyük hissəsinə və avtonom enerji təchizatına keçən paytaxtın Manas hava limanına təsir edib.