-
- 17-12-2018, 08:09
- 1 674
"Miss Universe 2018" Fillipin gözəli seçildi - FOTO - VİDEO
Az əvvəl Tailandın paytaxtı Banqkokda Miss Universe 2018/Kainat Gözəli 2018 gözəllik müsabiqəsinin qalibi bəlli olub.
News24.Az xəbər verir ki, 67-ci beynəlxalq gözəllik müsabiqəsində 94 ölkənin gözəlləri iştirak ediblər. Müsabiqədə bu il də Amerikanın məşhur yumor ustası Stiv Harvi aparıcılıq edib (Stiv Harvi 2015-ci ildə müsabiqədə aparıcılıq edərkən finalda səhvən Filippin əvəzinə Kolumbiya iştirakçısını qalib elan etməsi ilə uzun müddət gündəmdə qalıb, populyarlığını daha da artırmışdı).
Ötən illərdən fərqli olaraq, bu il müsabiqənin münsif heyətini ilk dəfə yalnız 7 xanım təmsil edirdi. Bundan başqa, ilk dəfə olaraq yarımfinala keçən ilk 20-lik münsiflərin öncədən apardıqları qapalı müsahibə və finala qədər keçirilən tədbirlərdə necə iştirak etmələrinə əsasən təyin edilib. İlk yarımfinala keçid alan 20 gözəl 15 saniyə ərzində növbə ilə özlərini münsif və tamaşaçılar qarşısında ifadə ediblər. Bunun nəticəsində növbəti yarımfinala 10 ölkənin təmsilçisi vəsiqə qazanıb. Onlar podiuma əvvəl çimərlik geyimi, sonra isə gecə libasında çıxıblar. Göstərdikləri performans nəticəsində münsiflərin seçimi ilə 10 təmsilçidən 5-i növbəti mərhələyə keçib. Bu dəfə gözəllər onlara ünvanlanan ayrı-ayrı suallara cavab verərək, növbəti tura keçmək üçün yarışıblar. Finala 3 ən yaxşı cavab verən ölkə təmsilçiləri seçilib. Bunlar Filippin, CAR və Venesuella ölkələrinin gözəlləri idi. Finalda isə gözəllər sonuncu qaydaya əməl edərək, onlara ünvanlanan eyni sualı özlərinə məxsus cavablandırıblar. Bütün mərhələlərdə topladıqları ballar nəticəsində sonda bu ilin yerləri müəyyənləşib.
Miss Universe 2018 titulu bu il Filippin ölkəsinin təmsilçisi 24 yaşlı Katriona Qreyə nəsib olub. O, bütün mərhələlərdən uğurla keçib, yüksək ballar toplayaraq, yarışan bütün gözəllər arasından qalib seçilib. Ötən ilin qalibi Demi - Ley Nel - Peters (CAR) ənənəyə uyğun tacını yeni qalibə təhvil verib.
Müsabiqədə 2-ci yerə CAR, 3-cü yerə isə Venesuella gözəlləri layiq görülüblər.
Katriona Qrey bundan əvvəl 2016-cı ildə Miss World 2016/Dünya Gözəli 2016 gözəllik müsabiqəsində iştirak edərək, 5-ci yer tutmuşdu. Təcrübəli gözəl yenidən şansını yoxlamaq üçün bu dəfə bu il ölkəsində keçirilən Miss Universe Pilippines müsabiqəsinə qatılaraq, 1-ci yeri tutub. Onun "Miss World"də bəxti gətirməsə də "Miss Universe"də bəxti gətirdi - tacı ölkəsinə apardı.
Qeyd edək ki, bu, Filippinin "Miss Universe" müsabiqəsinda sayca 4-cü qalibiyyətidir. Bundan əvvəl 1969 (Qloriya Diaz), 1973 (Marqarita Moran) və 2015-ci (Piya Vurtzbax) illərdə Filippin təmsilçiləri kainatın ən gözəl qızları seçilmişdilər.
Azər NƏSİBOV