Millətlər Liqası: Portuqaliya və İspaniyadan qələbə, İsveç məğlub oldu - VİDEO
    • 10-06-2022, 00:48
    • 311

Millətlər Liqası: Portuqaliya və İspaniyadan qələbə, İsveç məğlub oldu - VİDEO

UEFA Millətlər Liqasının qrup mərhələsində III turuna start verilib.

News24.az xəbər verir ki, günün ən maraqla gözlənilən qarşılaşmaları Pireney yarımadası təmsilçiləri – Portuqaliya və İspaniyanın iştirakı ilə keçirilən
matçlar olub.

Doğma meydanda Çexiya millisini sınağa çəkən Kriştianu Ronaldunun komanda yoldaşları oyundan qələbə ilə ayrılıblar - 2:0.

İsveçrənin qonağı olan ispanlar da öz qonşularından geri qalmayaraq, qarşılaşmanı minimal hesablı qələbə ilə başa vurublar - 1:0. 

Həmçinin, Gürcüstanın yığma kollektivi səfərdə Şimali Makedoniyanı (3:0), Serbiya isə İsveçi (1:0) məğlub edib.

UEFA Millətlər Liqası

III tur

A Liqası

2-ci qrup

Portuqaliya – Çexiya 2:0

İsveçrə – İspaniya 0:1

B Liqası

4-cü qrup

Norveç – Sloveniya 0:0

İsveç – Serbiya 0:1

C Liqası

2-ci qrup

Yunanıstan – Kipr 3:0

Kosovo – Şimali İrlandiya 3:2

4-cü qrup

Cəbəllüttariq – Bolqarıstan 1:1

Şimali Makedoniya – Gürcüstan 0:3

D Liqası

2-ci qrup

Malta – Estoniya 1:2