Bakıda məktəbdən noutbuk oğurlandı
    • 10-06-2022, 10:39
    • 234

Bakıda məktəbdən noutbuk oğurlandı

Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə Bakıxanov qəsəbəsində yerləşən tam orta məktəblərin birindən 2 ədəd noutbuk, 2 ədəd monitor və 2 ədəd lobzikin, bir idman zalından 800 manat pul, noutbuk, qol saatı, skaner və “DVR”, inşa olunan bir evdən isə 1000 manat dəyərində 3 ədəd laqunda və 2 ədəd drilin oğurlanması barədə müraciətlər daxil olub. 

 News24.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini V.İsmayılov müəyyən edilərək saxlanılıb. 

Araşdırma aparılır.