Evdən noutbuk, televizor və videokamera oğurlayan ŞƏXS SAXLANILDI
    • 31-05-2022, 10:14
    • 239

Evdən noutbuk, televizor və videokamera oğurlayan ŞƏXS SAXLANILDI

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə mayın 28-də Maştağa qəsəbəsindəki evlərin birindən 15.000 manat dəyərində 3 ədəd noutbuk, 3 ədəd domafon, 2 ədəd televizor, videokamera və avtomobil ehtiyat hissələrinin oğurlanması barədə müraciət daxil olub.

Bu barədə News24.az-a DİN Mətbuat Xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlqəli cinayətlərə görə məhkum olunmuş Rövşən Şahbazov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.