Ofisdən noutbuk, printer, modem oğurladılar
    • 29-04-2022, 10:48
    • 307

Ofisdən noutbuk, printer, modem oğurladılar

Bakıda yerləşən ofislərin birində oğurluq hadisəsi baş verib.

News24.az xəbər verir ki, Nizami RPİ-nin 23-cü Polis Bölməsinə aprelin 25-nə keçən gecə Ə.Nəvai küçəsində yerləşən ofislərin birindən noutbuk, printer, modem və 2 ədəd gərginlik doldurucusunun oğurlanması barədə müraciət daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Nihad Vəlizadə, Sumqayıt şəhər sakini Həzi Həziyev və Abşeron rayon sakini Sərdar Şıxıyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.