Avtomobillərdən müxtəlif əşyalar oğurlayan şəxslər saxlanıldı
    • 10-06-2022, 10:58
    • 225

Avtomobillərdən müxtəlif əşyalar oğurlayan şəxslər saxlanıldı

Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində  ümumilikdə  9  avtomobildən  -  6 “VAZ”, 1 “QAZ-21”, 1 “Chevrolet” və 1 “Renault” markalı avtomobillərdən  maqnitofon, akkumulyator və güzgü oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş H.Təvəkkülov müəyyən edilərək  saxlanılıb.

Bu barədə News24.az-a məlumat verilib.

Araşdırma aparılır.