Sumqayıtda yaşayış binasındakı yanğınla bağlı MƏLUMAT - YENİLƏNİB
    • 10-06-2022, 22:30
    • 316

Sumqayıtda yaşayış binasındakı yanğınla bağlı MƏLUMAT - YENİLƏNİB

Sumqayıt şəhəri, 8-ci mikrorayon, A.Quliyev küçəsi ünvanında çoxmərtəbəli yaşayış binasındakı mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

News24.az bu barədə FHN-ə istinadən xəbər verir.

Əlavə məlumat veriləcək.

22:30

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 8-ci mikrorayon, A.Quliyev küçəsi ünvanında çoxmərtəbəli yaşayış binasındakı mənzildə yanğın olması barədə məlumat daxil olub.

News24.az
bu barədə FHN-ə istinadən xəbər verir.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt RM-nin xilasediciləri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.