Şəkidə yol qəzasında 1 nəfər öldü
    • 11-06-2022, 10:18
    • 220

Şəkidə yol qəzasında 1 nəfər öldü

Şəki şəhərinin Aşağı Küngüt kəndində “Mercedes” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində 1 nəfər ölüb.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1990-cı il təvəllüdlü Ağalarov İbrahim Rəhim oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.