DİN: COVID-19 xəstələrinin xəstəxanadan qaçması ilə bağlı yayılan məlumatlar əsassızdır
    • 3-02-2021, 11:27
    • 509

DİN: COVID-19 xəstələrinin xəstəxanadan qaçması ilə bağlı yayılan məlumatlar əsassızdır

"Sosial şəbəkələrdə aktiv koronavirus xəstələrinin xəstəxanadan qaçması ilə bağlı yayılan məlumatlar əsassızdır, yalandır".

Bunu News24.az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, yayılan məlumatlar tam və hərtərəfli olaraq yoxlanılıb: "Sosial şəbəkə istifadəçilərinə tövsiyə edirik ki, hər hansı məlumatı paylaşarkən diqqətli olsunlar".