Bakıda oteldə əcnəbi vətəndaşın pulu oğurlandı
    • 13-06-2022, 11:47
    • 224

Bakıda oteldə əcnəbi vətəndaşın pulu oğurlandı

Bakıda oteldə əcnəbi vətəndaşın pulu oğurlanıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə iyunun 9-na keçən gecə rayon ərazisindəki otellərin birində əcnəbi vətəndaşın 1970 manatının və 100 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini Ş.İsfalıyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.