Rusiya: Ukraynaya məxsus 201 təyyarə, 130 helikopter, 3525 tank və zirehli texnikanı məhv etdik
    • 13-06-2022, 16:36
    • 266

Rusiya: Ukraynaya məxsus 201 təyyarə, 130 helikopter, 3525 tank və zirehli texnikanı məhv etdik

İndiyədək Ukraynaya məxsus 201 təyyarə, 130 helikopter, 3525 tank və zirehli texnikanı məhv edilib.

News24.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov məlumat verib.


Rusiya ordusunun Ukraynaya hücumunun davam etdiyinə diqqət çəkən Konaşenkov, ABŞ və Avropa ölkələri də daxil olmaqla, Ukrayna qüvvələrinə çatdırılan silah və hərbi texnikanın Donetsk bölgəsindəki Udaçnoye qatar stansiyası ətrafında havadan atılan yüksək atışlarla məhv edildiyini bildirib.

Rusiya hava döyüş taktiki birliklərinin Luqansk vilayətində Lisiçanskda komanda mərkəzinə və Buk-M1 hava hücumundan müdafiə raket sistemi radiostansiyasına zərbələr endirildiyini qeyd edən Konaşenkov, hərbi hissələrin və texniki vasitələrin toplandığı 63 ərazinin məhv edildiyini bildirib.

Konaşenkov bəyan edib ki, bu hücumlar nəticəsində 120-dən çox Ukrayna millətçi qüvvəsi, 2 tank, 7 haubitsa və 11 hərbi maşın zərərsizləşdirilib.

Rusiya hava hücumundan müdafiə sistemləri ilə bir gündə Ukraynanın 8 pilotsuz uçuş aparatını vurduqlarını qeyd edən Konaşenkov, artilleriya və raket birləşmələrinin 247 hərbi bölgəni atəşə tutduqları məlumatını paylaşıb./Anadolu agentliyi/