-
- 13-06-2022, 18:58
- 1 496
Xalq artisti Qurban İsmayılovun ad günü qeyd olundu - FOTO
Azərbaycanın xalq artisti, “Ata ocağı”nın atası Qurban İsmayılovun ad günü qeyd olunub.
News24.az xəbər verir ki, "Xəzər Media Mərkəzi”ndə baş tutan tədbirdə mərkəzin baş direktoru Murad Dadaşov Azərbaycanın elm və incəsənət korifeyləri ilə bir ortamda olmaqdan məmnunluq duyduğunu diqqətə çatdırıb: “İstedadlı teatr və kino aktyorları üçün yaradıcılıq günlərinin keçirilməsi gənc nəslin yetişməsində çox faydalı olardı. Sizin “Ata ocağı” serialında iştirakınız bizim üçün çox sevindiricidir. Sizlərin varlığı bu ekran işini qısa vaxtda çox populyar edib”.
Baş direktor aktyora təbrik məktubunu da təqdim edib.
Göstərilən diqqətdən təsirlənən Qurban İsmayılov ömrünün 62-ci doğum günündə unudulmaz sürprizlə qarşılaşdığını deyib: “Bu vaxta qədər belə ad günü qeyd etməmişdim. Bunun üçün sizə və kollektivinizə minnətdaram”.
Azərbaycan kinosunun hazırki vəziyyəti ilə bağlı da fikirlərini bölüşən Qurban İsmayılov milli filmlərin, ekran işlərinin sayının artırılmasını vacib hesab edib. Onun sözlərinə görə, kinematoqrafiyada istehsalatın kəmiyyətinin artması getdikcə keyfiyyətə də öz təsirini göstərəcək.
Ömrünün 30 ildən çoxunu teatr kimi sənət məbədinə həsr edən xalq artisti səhnədə oynadığı bütün rollarını sevərək canlandırdığını bildirib: “38 yaşımda “Hamlet” obrazını oynamışam, daha nə arzu edə bilərəm ki?!"