Bakıda 2 TIR-dən 40 minlik oğurluq
    • 14-06-2022, 12:04
    • 265

Bakıda 2 TIR-dən 40 minlik oğurluq

Bakıda TIR yük avtomobillərinin hissələri sökülərək oğurlanıb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə rayon ərazisində “Mack” markalı 2 avtomobildən 40.000 manat dəyərində hissələrinin sökülərək oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Şabanov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.