-
- 14-06-2022, 12:48
- 323
Roma Papası: "Mən Putinin tərəfdarı deyiləm"
Roma Papası Fransisk Üçüncü Dünya müharibəsinin elan olunduğuna inandığını deyib.
News24.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Roma Papası Yezuitlər mediasının redaktorları ilə görüşündə deyib.
O, Rusiya ordusunun Ukraynada “qəddarlıq və vəhşilikləri”ni tənqid edərkən, “cəsur ukraynalıların xilas uğrunda apardığı mübarizə”ni təqdir etdiyini bildirib.
Roma Papası vəziyyətin ağ və qara olmadığını, müharibənin başlamasında bəlkə də müəyyən mənada təhrik elementlərinin olduğunu qeyd edib.
O əlavə edib ki, müharibəyə stimul verən əsas amillərdən biri də silah sənayeləridir.
“Rusların hər şeyin bir həftəyə bitəcəyini düşündüyü də doğrudur. Amma onlar səhv hesablamışdılar. Onlar cəsur bir xalqla, həyatda qalmaq üçün mübarizə aparan, mübarizə tarixi olan bir xalqla qarşılaşdılar,”- Papa Fransisk vurğulayıb.
Onun sözlərinə görə, ola bilsin ki, bu müharibəyə təhrik edilib, ya da qarşısı alınmayıb: “Mən silahların sınaqdan keçirilməsinə və satışında marağı nəzərdə tuturam”.
Pontifik bildirib ki, bəziləri bu fikirlərə görə, onun Rusiya Prezidenti Vladimir Putinin tərəfdarı olduğuna inanır: “Xeyr, mən Putinin tərəfdarı deyiləm. Belə bir şey söyləmək bəsit və yanlışdır. Amma mən sadəcə olaraq, çox mürəkkəb olan köklər və maraqlar haqqında düşünmədən, bu mürəkkəbliyi xeyir və şər arasındakı fərqə endirməyin əleyhinəyəm. Kömək etmək həvəsi sönəndə nə olacaq? Biz indiki konkret fəaliyyətdən uzağa baxmalıyıq”.