Rusiya və Ermənistan prezidentləri görüşəcək
    • 15-06-2022, 10:20
    • 240

Rusiya və Ermənistan prezidentləri görüşəcək

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın dövlət başçısı Vaaqn Xaçaturyan ilk dəfə görüşəcək.

News24.az-a xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib.

Dövlət başçıları Sankt-Peterburqda keçirilən beynəlxalq İqtisadi Forum çərçivəsində bir araya gələcəklər.

Y.Uşakovun sözlərinə görə, V.Putin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Bosniya və Hersoqovina Rəyasət Heyətinin üzvü, Serbiyanın sabiq dövlət başçısı Milord Dodiklə də görüşəcək.

Qeyd edək ki, bu gün Sankt-Peterburq şəhərində XXV Beynəlxalq İqtisadi Forum başlayır. Tədbir iyunun 18-dək davam edəcək.