Bu ölkədə güclü yağışlar 80 nəfərin ölümünə səbəb oldu
    • 15-06-2022, 10:54
    • 226

Bu ölkədə güclü yağışlar 80 nəfərin ölümünə səbəb oldu

Kolumbiyada mart ayının əvvəlindən bu yana ölkə daxilində davam edən leysan yağışlar və torpaq sürüşmələri nəticəsində 80 nəfər ölüb, 10 nəfər itkin düşüb.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, ümumilikdə, leysan yağışları nəticəsində 418 şəhər, 16 295 ev, 730 avtomobil yolu, 72 körpü, 37 piyada keçidi, 90 su kəməri, 37 kanalizasiya, 108 təhsil müəssisəsi və 7 səhiyyə ocağı ziyan görüb.