İsmayıllıda çay evində bıçaqlanma oldu
    • 15-06-2022, 14:04
    • 297

İsmayıllıda çay evində bıçaqlanma oldu

İsmayıllı rayon sakini həmkəndlisi tərəfindən bıçaqlanıb.

News24.az-ın xəbərinə görə rayonun Kürdmaşı kənd sakini, 2003-cü il təvəllüdlü Abbasov Rövşən Elşən oğlu çay evində olarkən şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndlisi, 1999-cu il təvəllüdlü Məmmədov Anar Arzu oğluna bıçaqla iki dəfə xəsarət yetirib.

Hadisəni törədən Rövşən Abbasov həmkəndlisi Hüseyn adlı şəxsin "Ford" markalı avtomobili ilə hadisə yerindən qaçıb.

O, Diyallı kəndi ərazisində avtomobili yolun kənarında saxlayaraq piyada qaçarkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Yaralı Anar Məmmədov təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.