Şabranda  şəxsi münasibətlər zəminində  mübahisə düşüb, bıçaqlanan var
    • 16-06-2022, 10:34
    • 273

Şabranda şəxsi münasibətlər zəminində mübahisə düşüb, bıçaqlanan var

İyun 15-i saat 23 radələrində 1997-ci il təvəllüdlü Orxan Əliyevin Şabran rayonu ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə News24.az-a Şabran Rayon Prokurorluğundan məlumat verilib.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin tanışı 2001-ci il təvəllüdlü Teymur Cəfərzadənin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Orxan Əliyevə çoxsaylı bıcaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Teymur Cəfərzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.