Gədəbəydə tanışlardan biri digərini ürəyindən bıçaqladı
    • 16-06-2022, 10:37
    • 305

Gədəbəydə tanışlardan biri digərini ürəyindən bıçaqladı

İyun 15-i saat 15 radələrində 1963-cü il təvəllüdlü Məsim Pirverdiyevin Gədəbəy rayonu ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Gədəbəy Rayon Prokurorluğundan News24.az-a verilən məlumata görə, aparılan ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1964-cü il təvəllüdlü Mahir Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Məsim Pirverdiyevə ürək nahiyəsindən bıçaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Mahir Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.