MN: Ordumuzun Kəlbəcərdəki mövqeləri atəşə TUTULDU
    • 17-06-2022, 09:56
    • 171

MN: Ordumuzun Kəlbəcərdəki mövqeləri atəşə TUTULDU

İyunun 17-si gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun dövlət sərhədinin Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb", - məlumatda qeyd edilib.