-
- 17-06-2022, 10:45
- 427
Ədliyyə Nazirliyinin əməkdaşı həbs edildi – 5 nəfər şikayətçi oldu
2012-ci ildən 2020-ci ilədək Bakı şəhərinin 6 saylı notariat ofisində aparıcı mütəxəssis vəzifəsində çalışmış 1986-cı il təvəllüdlü Şirvan Məmmədov həbs edilib.
News24.az-ın məlumatına görə, Ədliyyə Nazirliyinin əməkdaşı barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla) maddəsi əsasında həbs edilib. Onun barəsində açlmış işin materialları daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkmədə hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesin yekununda notariat əməkdaşının 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə hökm edilib.
Araşdırmalar zamanı məlum olub ki, Şirvan işlədiyi müddətdə daınmaz əmlak alqı-satqısı ilə bağlı sənədləşmələr zamanı bank hesabına pul qoyulması tələbi ilə əlaqədar bəzi prosesləri həyata keçirmək üçün tanışlarından 1 günlük olmaqla külli miqdarda pul alıb. O, bir müddət həmin şəxslərə aldığı pulun müqabilində gəlir kimi müəyyən məbləğdə pul versə də, daha sonra hissə-hissə olmaqla külli miqdarda vəsaiti ələ keçirib və geri qaytarmayıb.
Bu yolla təqsirləndirilən şəxs 5 nəfərin (45 min manat, 30 min manat, 8 min manat, 68 min manat və 12 min manat) külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirərək öz şəxsi məsələlərinə xərcləyib. Ona pul verən şəxslər birbaşa Şirvanın işlədiyi Bakı şəhər 6 saylı notariat ofisinə gəldikdə aldadıldıqlarını başa düşüblər və hüquq-mühafizə orqanlarına müracit ediblər.