-
- 16-06-2022, 10:22
- 661
İş adamına 1 milyon manat “atan” biznesmenə 11 il həbs verildi
Bakıda biznesmenə qarşı külli miqdarda məbləğdə dələduzluq etmiş şəxsə hökm oxunub.
News24.az xəbər verir ki, Dərnəgüldə metal bazarı adlanan ərazidən iş adamı Əbdüləsən A.-dan 1 milyon 44 min manatlıq metal boruları pulunu sonradan ödəmək vədi ilə götürsə də, həmin pulları ödməyən 1962-ci il təvəllüdlü Orucəli Abbasov barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla) maddəsi ilə iş açılıb.
Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində iş adamı Əbdülhəsən A. bildirib ki, Orucəli Abbasov ondan aldığı külli miqdarda boruların pulunu müxtəlif sahələrə xəsrləyib. O, həmçinin qeyd edib ki, təqsirləndirilən şəxs şahidlərə təzyiqlər göstərib, onların ifadələrini dəyişməsi üçün təkliflər edib.
Orucəli Abbasov isə bildirib ki, satdığı malların pulunun böyük hissəsini verib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orucəli Sabbasov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirli bilinib və o, 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.