Bakıda hamilə arvadını öldürən şəxsə hökm oxundu
    • 17-06-2022, 10:58
    • 351

Bakıda hamilə arvadını öldürən şəxsə hökm oxundu

Bakıda arvadını öldürməkdə təqsirləndirilən Pərvin Ağayevə hökm oxunub və o, 11 il müddətinə azadlıqdan məhrum edilib.

News24.az  xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək hadisə bu ilin aprelində Nizami rayonu, metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb.

Belə ki, P. Ağayev ilə arvadı Şəbnəm İsmayılova arasında dava düşüb. Dava zamanı İsmayılova boğaz və döş qəfəsi nahiyələrindən 3 bıçaq xəsarətləri alıb. Şəbnəm İsmayılova xəstəxanaya yerləşdirilib və onun hamilə olduğu məlum olub.

P.Ağayevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə;) maddəsi ilə ittiham irəli sürülüb.