"Maşın Şou"da planlaşdırılmış ssenari - Öncə Aysel, sonra Mina...
    • 18-12-2018, 16:08
    • 976

"Maşın Şou"da planlaşdırılmış ssenari - Öncə Aysel, sonra Mina...

"Maşın Şou"nun "Hind kinosu" adlı 17-ci sürəti haqda yeni iddialar ortaya çıxıb.

Aparıcı Aysel Nazim və müğənni Mina Hüseynin verilişdən planlı şəkildə ayrılmasına dair söz-söhbətlər yayılıb.
Belə ki, verilişin üçüncü günündə aparıcı Aysel Nazimin "Maşın Şou"dan səs toplamayaraq ayrılması ilə Türkiyədə təşkil etdiyi mükafatlandırma gecəsinə qatılması ard-arda baş verib. Artıq bu məsələ özü izləyicilərdə müxtəlif şübhələr yaradıb. Yarışmaya qatılan Aysel oyundan ayrılacağını öncədən bilərək, Türkiyədəki tədbirini ləğv etməyib. O, hətta öncədən biletini də alıb və yarışmanı tərk etdiyi gün Türkiyəyə yola düşüb.
Verilişin dördüncü günündə də maraqlı məqamlar yaşanıb. İzləyicilər Minaya səs verərək onu oyunda saxlayıb. Lakin müğənni qalib gəlsə də oyunu tərk edib. O, bu addımına heç bir əsas gətirə bilməyib. Bundan sonra Minanın bir müddət öncə iştirak etdiyi "O Ses Türkiye"nin növbəti mərhələsinə hazırlaşdığına dair iddialar səsləndirilib.

//Open.az