Yanvar-apreldə 1144 əkiz, 60 üçəm doğulub
    • 17-06-2022, 13:32
    • 358

Yanvar-apreldə 1144 əkiz, 60 üçəm doğulub

Azərbaycanda bu il doğulan əkiz və üçəmlərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən News24.az-a bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-aprel aylarında ölkə üzrə 40 036 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (12,1) qalıb.

Doğulanlar arasında oğlanların xüsusi çəkisi 53,2 faiz, qızların xüsusi çəkisi isə 46,8 faiz olmuşdur. Körpələrdən 1 144-ü əkiz, 60-ı isə üçəm doğulanlardır