Bu yollarda sıxlıq var - SİYAHI - YENİLƏNİB
    • 17-06-2022, 18:47
    • 442

Bu yollarda sıxlıq var - SİYAHI - YENİLƏNİB

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı daha bir məlumat yayıb.

News24.az Mərkəzin məlumatını təqdim edir:

1. Moskva prospektində - Beynəlxalq Avtovağzalın qarşısından 20 yanvar dairəsinə qədər - kənar yolda sıxlıq

2. Rövşən Cəfərov küçəsində - 20 yanvar dairəsindən başlayaraq əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq

3.Azadlıq prospektində, Azadlıq metro stansiyasının yanından Binəqədi qəsəbəsi istiqamətində sıxlıq

4.Ziya Bünyadov prospektinin, Ələsgər Qayıbov küçəsi ilə kəsişməsindən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas və kənar yolda 20 Yanvar dairəsi istiqamətində, eyni zamanda Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən, Çerment körpüsünə qədər əsas yolda, Koroğlu metro stansiyası istiqamətində sıxlıq

5.Abdulvahab Salamzadə küçəsində Qələbə dairəsindən başlayaraq, Xutor dairəsi istiqamətində Ziya Bünyadov prospekti ilə kəsişməyə qədər sıxlıq

6.Tbilisi prospektində, 20 yanvar dairəsindən İzmir küçəsi istiqamətində Ak.Həsən Əliyev küçəsi ilə kəsişməyə qədər və, əks istiqamətdə İzmir küçəsi ilə kəsişmədən 20 yanvar dairəsi istiqamətində sıxlıq

7.Atatürk prospektində, Ak.Həsən Əliyev küçəsi ilə kəsişmədən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq

8.Əhməd bəy Ağaoğlu küçəsində Tofiq Bəhramov adına Respublika Stadionunun yanından Xətai prospekti ilə kəsişməyədək sıxlıq

9.Səməd Vurğun küçəsində, Zabitlər parkının yanından Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməyə qədər olan hissədə sıxlıq

10.Rəşid Behbudov küçəsində, A.Bakıxanov küçəsinə çıxan hissədə sıxlıq

11.Bülbül prospektində, 28 may küçəsi ilə kəsişməsindən Neftçilər prospekti lə kəsişməyə qədər sıxlıq

12.Yusif Səfərov küçəsində, Xocalı prospekti ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində sıxlıq

13.Heydər Əliyev prospektində, Bağırov körpüsündən Heydər Əliyev Mərkəzi istiqamətində kənar yolda, eyni zamanda həmin yerdən Koroğlu metrosu istiqamətində əsas yolda sıxlıq

14.Mehdi Hüseyn küçəsində, Parlament prospekti ilə kəsişmədən Teleteatr istiqamətində nisbətən sıxlıq müşahidə olunur.


***

13:55


Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı daha bir məlumat yayıb.

News24.az Mərkəzin məlumatını təqdim edir:

1. Üzeyir Hacıbəyli küçəsində, Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində sıxlıq

2. Ziya Bünyadov prospektinin Ələsgər Qayıbov küçəsi ilə kəsişməsindən başlayaraq, Çermet yol ötürücüsü üzərindən, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq

3. Koroğlu Rəhimov küçəsinin Fətəli xan Xoyski prospekti ilə kəsişməyə qədər olan hissəsində, Akademik Həsən Əliyev küçəsi istiqamətində sıxlıq

4. Tbilisi prospektinin, 20 Yanvar dairəsi istiqamətindən başlayaraq, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməsinə qədər, şəhər istiqamətində və Heydər Əliyev adına İdman Sarayını keçdikdən sonra, Azər Əliyev küçəsi ilə kəsişməyə qədər, 20 Yanvar dairəsi istiqamətində sıxlıq

5. Heydər Əliyev prospektində, Koroğlu metro stansiyası istiqamətindən, Bağırov körpüsünün aşağı hissəsindən keçməklə, əsas yol və kənar yolda, şəhər istiqamətində, Heydər Əliyev Mərkəzinin qarşısına doğru sıxlıq

6. 28 May küçəsinin Fikrət Əmirov küçsi ilə kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq

7. Dilarə Əliyeva küçəsinin Puşkin küçəsi ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq

8. Akademik Həsən Əliyev küçəsinin, 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı da daxil olmaqla, Səməd Vurğun küçəsi ilə kəsişməsindən, Xan Şuşinski küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq

9. Yusif Səfərov küçəsində, Xocalı prospekti ilə kəsişmədən başlayaraq, Heydər Əliyev prospekti istiqamətində sıxlıq

10. Salatın Əsgərova küçəsinin, Təbriz küçəsi ilə Ceyhun bəy Hacıbəyli küçələrinin kəsişməsindən, Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq müşahidə olunur.