Muxtar Babayev Yevlaxda vətəndaşları qəbul etdi - FOTO
    • 17-06-2022, 14:41
    • 266

Muxtar Babayev Yevlaxda vətəndaşları qəbul etdi - FOTO

İyunun 17-də ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Yevlax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Nazirlikdən News24.az-a verilən məlumata görə, qəbuldan əvvəl nazir və Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, mineral xammal, hidrometeorologiya, işlə təmin olunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.