Bayden velosipeddən yıxıldı - Video
    • 18-06-2022, 19:15
    • 403

Bayden velosipeddən yıxıldı - Video

ABŞ Prezidenti Co Bayden həyat yoldaşı Cill ilə evliliklərinin 45-ci ildönümünü qeyd etmək üçün getdiyi Delaver ştatının Rehobot Bitç şəhərindəki evinin yaxınlığında velosiped sürərkən yıxılıb.

Bu barədə “DailyMail” məlumat yayıb.

Onu lentə alan jurnalistlərə çatarkən yıxılan Bayden “Mən yaxşıyam” deyib. 

Yıxıldıqdan təxminən 10-15 dəqiqə sonra Bayden yenidən velosipedinə minərək yoluna davam edib. /Qafqazinfo/