Xırdalanda maşın 4 yaşlı uşağın üstündən KEÇDİ
    • 20-06-2022, 10:00
    • 340

Xırdalanda maşın 4 yaşlı uşağın üstündən KEÇDİ

Xırdalan şəhərində körpə avtomobilin altında qalıb.

News24.az Apa-ya istinadən xəbər verir ki, hadisə AAAF Park yaşayış kompleksinin həyətində baş verib.

Qonşuluqda yaşayan şəxs avtomobili ilə geriyə hərəkət edərkən həyətdə oynayan 2018-ci il təvəllüdlü Hüseyn Ağayevin üzərindən keçib. Kəllə nahiyəsindən xəsarət alan uşaq hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində avtotexniki ekspertiza təyin edilib.