Bakıda zəncirvari qəza, xəsarət alan var - Fotolar
    • 20-06-2022, 21:25
    • 269

Bakıda zəncirvari qəza, xəsarət alan var - Fotolar

Bakıda üç maşının toqquşması ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Səməd Vurğun küçəsində, Türkiyə Səfirliyinin qarşısında qeydə alınıb.

Qəza zamanı sürücülərdən biri xəsarət alıb. Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. /Qafqazinfo/