İspaniyanın Mayorka adasında “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldonun “Bugatti Veyron” avtomobili qəzaya düşüb.
News24.az xəbər verir ki, bu barədə "The Sun" yazıb. Mənbənin sözlərinə görə, ailəsi ilə birlikdə Mayorkada istirahət edən Ronaldo qəza zamanı hadisə yerində olmayıb, avtomobili Ronaldonun əməkdaşı idarə edib. Sürücü idarəetməni itirib, ikinci dərəcəli yoldan çıxıb və yaşayış binasının yanındakı divara çırpılıb.