Bakıda qəsdən yanğın törədən şəxs saxlanıldı - Foto
    • 21-06-2022, 13:10
    • 232

Bakıda qəsdən yanğın törədən şəxs saxlanıldı - Foto

Bakıda parkda qəsdən yanğın törədilib.

News24.az-ın FHN-in saytına istinadla verdiyi məlumata görə, 14 iyun 2022-ci ildə Binəqədi rayonu, 6-cı mikrorayon, R.Behbudov küçəsində yerləşən “Dendroloji park”ın ərazisində yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 500kv.m. sahədə quru ot yanıb. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin səyi ilə yanğın söndürülərək alovun ətraf ərazilərə yayılmasına imkan verilməyib.

Faktla əlaqədar Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən operativ olaraq hadisənin başvermə səbəbləri və mümkün təqsirkar şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib. Araşdırmalar nəticəsində yanğını qəsdən törətməkdə şübhəli bilinən Səmədov Emil Nazim oğlu müəyyən edilib. E.Səmədov yanğını qəsdən törətdiyini etiraf edib.

Qanunvericiliklə nəzərdə tutulan tədbirlərin görülməsi üçün Səmədov Emil Nazim oğlunun barəsində toplanmış materiallar Daxili İşlər Nazirliyinin Binəqədi rayon Polis İdarəsinə göndərilib.