Türkiyənin xüsusi qüvvələri meşə yanğınlarına görə HƏRƏKƏTƏ KEÇDİ - FOTO/VİDEO
    • 22-06-2022, 16:16
    • 475

Türkiyənin xüsusi qüvvələri meşə yanğınlarına görə HƏRƏKƏTƏ KEÇDİ - FOTO/VİDEO

Türkiyənin Aydın bölgəsində polis xüsusi əməliyyat qrupları və Jandarma qüvvələri baş verə biləcək meşə yanğınlarına qarşı patrul xidməti həyata keçirir. 

News24.az yerli mediaya istinadən xəbər verir ki, iyunun 1-dən işə başlayan xüsusi qruplar oktyabrın 31-dək Kuşadası Milli Parkı başda olmaqla Türkiyənin digər bölgələrindəki meşələrində də fəaliyyət göstərəcəklər.

Mümkün yanğınlara qarşı 24 saatlıq patrul növbətçiliyi ilə yanaşı, bəzi yollara baxış da keçiriləcək.