Türkiyədə meşə yanğını - Havaya helikopter və təyyarələr qalxdı - FOTOLAR
    • 22-06-2022, 11:39
    • 270

Türkiyədə meşə yanğını - Havaya helikopter və təyyarələr qalxdı - FOTOLAR

Türkiyənin Marmaris bölgəsində ötən gün axşam saatlarından başlayan meşə yanğınlarının söndürülməsi işləri davam edir.

News24.az
NTV-yə istinadən xəbər verir ki, təxminən 250 hektar sahəni əhatə edən  meşə yanğınının söndürülməsinə 20 helikopter və 14 təyyarə və 688 meşə işçisi olmaqla ümumilikdə 1480 canlı qüvvəcəlb edilib.

Yanğınla əlaqədar əraziyə yaxın yaşayış massivindəki evlər boşaldıldı.