Pul verməyən dostunu diri-diri yandırdı
    • 22-06-2022, 16:22
    • 354

Pul verməyən dostunu diri-diri yandırdı

Rusiyanın Sverdlovsk vilayətində 46 yaşlı rusiyalı dostunu vəhşicəsinə qətlə yetirdiyinə görə mühakimə olunacaq.

Bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

Müstəntiqlərin məlumatına görə, martın 22-də Lesnoy şəhərindəki qarajda kişilər arasında münaqişə baş verib - təqsirləndirilən şəxs qeyri-rəsmi olaraq sürücü işləyirdi, lakin işəgötürən pul çatışmazlığını əsas gətirərək ödəmədən imtina edib. Bu davranışdan qəzəblənən kişi qarajda benzin qutusunu götürərək tikilinin giriş qapısının üstünə tökməyə başlayıb, mayenin bir hissəsi zərərçəkənin üzərinə düşüb. Təcavüzkar tikilini yandıranda onun qurbanı da yanıb. Kişi diri-diri yanıb və xəstəxanada ölüb.

Faktla bağlı İstintaq Komitəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi ("Xüsusi amansızlıqla adam öldürmə") ilə cinayət işi açıb.

"Faktla bağlı məhkəmə-tibbi, psixoloji və psixiatrik ekspertizalar aparılıb. Kifayət qədər sübut bazası toplanılıb, bununla bağlı təsdiq edilmiş ittiham aktı ilə birlikdə cinayət işi mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib", - deyə İstintaq Komitəsindən bildirilib. /Milli.Az/