-
- 23-06-2022, 23:20
- 391
Ukrayna və Moldova Aİ üzvlüyünə namizəd statusu aldı
Avropa İttifaqı Ukraynaya və Moldovaya Aİ üzvlüyünə namizəd statusu verib.
News24.az xəbər verir ki, bu barədə Aİ Şurası Prezidenti Şarl Mişel Tviter hesabında yazıb
Qərar bu gün Brüsseldə keçirilən sammit zamanı bütün Aİ liderləri tərəfindən yekdilliklə dəstəklənib.
"Avropa İttifaqı indicə Ukrayna və Moldovaya Aİ-yə üzvlük statusu verilməsi barədə qərar qəbul edib. Tarixi bir an. Bugünkü gün sizin Aİ-yə gedən yolunuzda həlledici məqamdır. Ukrayna Prezidenti Vladimir Zelenskiyə və Moldova Prezidenti Maya Sanduya, eləcə də Ukrayna və Moldova xalqlarına təbriklərimi çatdırıram”, - Mişel qeyd edib.
Bundan əlavə, Aİ liderləri Gürcüstanın Avropa perspektivini tanıyıblar və prioritet məsələlər həll olunan kimi Gürcüstana da namizəd statusu verməyə hazır olduqlarını bəyan ediblər.
"Gürcü xalqını təbrik edirəm. Aİ-Gürcüstan münasibətlərində tarixi məqam: Gürcüstanın gələcəyi Aİ ilə bağlıdır", - Mişel əlavə edib.
Ukrayna Prezidenti Volodimir Zelenski qərarla bağlı Tviter səhifəsində yazıb:
"Aİ liderlərinin Ukraynaya namizəd statusu verilməsi qərarını səmimiyyətlə alqışlayıram. Bu, Ukrayna ilə Aİ arasında münasibətlərdə unikal və tarixi məqamdır”.
Zelenski Avropa Komissiyasının, Avropa İttifaqının rəhbərlərinə, eləcə də Aİ-yə üzv dövlətlərin rəhbərlərinə minnətdarlığını bildirib.
Qeyd edək ki, Aİ üzvlüyünə namizədlik Rusiya ilə müharibə fonunda Ukraynaya dəstək simvolu hesab edilir. Bu, həm də ölkənin Avropa gələcəyini təmin edəcək və islahatları sürətləndirəcək.