-
- 24-06-2022, 10:45
- 298
Dönərxanalarda nöqsanlar aşkarlandı
Qida Təhlükəsizliyi Agentliyi dönər istehsalı və satışı ilə məşğul olan müəssisələrdə yoxlama həyata keçirib.
Qurumdan News24.az-a verilən xəbərə görə, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi üzrə aparılan nəzarət tədbirlərini davam etdirir. Həmin tədbirlər çərçivəsində Agentlik tərəfindən 1 may - 22 iyun tarixlərində ümumilikdə dönər istehsalı və satışı ilə məşğul olan 9 müəssisədə yoxlama həyata keçirilib.
Yoxlamalar zamanı sahibkarlar tərəfindən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət olunmadığı müəyyən edilib. Belə ki, 9 müəssisədə sanitariya-gigiyena norma və qaydalarına əməl edilməməsi, 3 müəssisədə məhsulların saxlanması zamanı mal qonşuluğu qaydalarının və temperatur rejiminin pozulması, 1 müəssisədə isə məhsulun etiketlənməsinə dair tələblərə riayət olunmaması faktı aşkarlanıb.
Aşkar edilmiş nöqsanlarla əlaqədar sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, inzibati xəta haqqında protokol tərtib olunmaqla cərimə tətbiq edilib.